Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 14:36
Ukraynadakı müharibə səbəbindən Qərbin Rusiyaya tətbiq etdiyi sərt sanksiyalar artıq nəticələrini verir.
Rusiya Federasiyasında miqyası indiyədək az qala həndəsi silsilə sürəti ilə artan və daim böyüyən ipoteka kreditləri bazarı çökməyə başlayıb.
Rusiyanın ən böyük banklarından olan VTB ipoteka üzrə kredit faizi stavkasını qaldırdı.
Sonxeber.net Rusiya mediasına istinadən bildirir ki, bu gündən etibarən VTB-nin əsas ipoteka proqramları üzrə baza stavkası 23 % təşkil edəcək.
Xatırladaq ki, bu günədək VTB-də ipoteka üzrə faiz stavkası 15,2 faiz idi.
Rusiyanın ipoteka kreditləri bazarında ən böyük oyunçular olan "Qazprombank", "Rosbank", TKB, RNKB, "Uralsib", "Absolyut Bank", MKB və "YuniKreditBank"ın da bu gün analoji qərar verəcəkləri gözlənilir.