Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 15:02
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının Zaporojye Atom Elektrik Stansiyasına hücumunu terrorizm adlandırıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Zelenski bu barədə növbəti videomüraciətində danışıb.
"Rusiya qoşunları Zaporojye Atom Elektrik Stansiyasına hücum etdilər. Avropada ən nəhəng AES olan bu stansiya Çernobıl kimi ola bilərdi. Rusiya tankları nəyi atəşə tutduqlarını bilirdilər. Onlar birbaşa stansiya üzərinə atəş açıblar. Bu, görünməmiş səviyyədə olan terrordur", - deyə Zelenski söyləyib.
Xatırladaq ki, Rusiya hərbçiləri Zaporojye AES-in birinci enerji blokunu atəşə tutub, nəticədə yanğın baş verib. Yanğın söndürülüb.