Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 08:15
Böyük Britaniyanın Baş naziri Boris Consonla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, liderlər Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Baş nazir bu müharibənin uzun müddətdir qitədə görülən ən pis müharibə olduğunu söyləyib.
Hər iki lider Zaporojye AES-ə ziyan vuran ehtiyatsız hərəkətləri qınayıblar.
Hər iki ölkənn liderləri Ukrayna xalqına yardım etmək üçün əllərindən gələni etməyə hazır olduğunu deyib. Xüsusilə də humanitar, iqtisadi və hərbi dəstəyin davam etməsinin vacibliyinə toxunulub.
Hər iki lider Putinin hərəkətləri qarşısında Böyük Britaniya və Fransanın əməkdaşlığının davam edəcəyini bildiriblər.