Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 09:14
"Liverpul"un misirli hücumçusu Məhəmməd Salah həyatdakı hədəflərindən danışıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu qeyd edib ki, əsas məsələ insanları xəyal etdiklərinə nail olmaq qabiliyyətinin onlarda olduğuna inandırmaqdır:
"İsveçrəyə gedəndən bəri bunu hədəfləyirdim. İngilis dilini bilmədiyim üçün həyat asan deyildi. Özümdən sual verdim: Digərləri kimi Misirə qayıtmağa dəyərmi, yoxsa qalıb uğur qazanmaq daha yaxşıdır?".
Futbolçu qeyd edib ki, ona uğur qazandıran əsas məqam şəxsi bacarıqları üzərində çalışması olub.
"6-7 il əvvəl Misirdə dünyanın ən yaxşıları ilə rəqabət apara biləcək futbolçumuz olub-olmadığı soruşulsaydı, hamı yox cavabını verərdi. İndi hər şey fərqlidir. Bu mənim həyatda əsas məqsədim olub", - deyə Məhəmməd Salah vurğulayıb.