Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngin inkişaf riskini üç dəfə artıran içki: əsas orqanları...

Xərçəngin inkişaf riskini üç dəfə artıran içki: əsas orqanları...

Tarix: 6 Mart 2022 22:00

Alimlər xərçəngin inkişaf riskini üç dəfə artıran içkinin adını açıqlayıblar. Mütəxəssislər hesab edirlər ki, ənənəvi kalabas qabında təqdim edilən Paraqvay mate çayı onkologiyanın altı növünün inkişafına səbəb olur.

Sonxeber.net "sputnik"-ə istinadən xəbər verir ki, xərçəng xəstəliyinin inkişafı ilə bağlı hər beş hadisədən biri antioksidant mənbəyi hesab edilən bu çayla əlaqədar olduğunu sübut edən araşdırma aparılıb:

"Əgər uzun müddət və çox miqdarda mate içilsə, o halda bu, prostat vəzi, sidik kisəsi, ağciyər, ağız boşluğu, qida borusu, baş və boyun xərçəngi riskini artırır", - deyə ABŞ Sloun-Ketterinq adına Memorial Onkoloji Mərkəzindən məsələyə izahat veriblər.

Adıçəkilən içkinin tərkibində qızardılmış ətdə və tütün tüstüsündə də olan polisiklik aromatik karbohidrogenlər var.

Uruqvayda minlərlə yetkin insanın iştirakı ilə aparılan tədqiqat zamanı alimlər müəyyən ediblər ki, tez-tez mate içən insanlarda ağciyər xərçənginin inkişaf riski 60 faiz daha yüksəkdir.

"Daily Express" qeyd edir ki, mütəxəssislərin gəldiyi nəticə ziddiyyətlidir, çünki digər tədqiqat zamanı matedə ürək-damar və onkoloji xəstəliklərin inkişaf riskini azaldan unikal bitki maddələri aşkarlanıb.

Mütəxəssislər yekunlaşdıraraq bildiriblər ki, bu çayın orta səviyyədə içilməsi təhlükəsizdir, ancaq onu çox miqdarda içənlər özlərini məhdudlaşdırmalıdırlar.

Bu yaxınlarda ingilis əczaçı Abbas Kənani səhər oyandıqdan sonra uzun müddət davam edən boğaz ağrısı onkologiyanın ilkin əlamətlərindən biri ola biləcəyini qeyd edib. O, əlavə edib ki, xərçəngin erkən əlamətlərinə həmçinin səhər tezdən öskürək, halsızlıq və bu halın xəstədə səhərdən axşama qədər müşahidə olması da daxildir.


Etiketlər:  Xərçəngin inkişaf riskini üç dəfə artıran içki əsas orqanları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ