Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 07:45
Rusiya sükut rejimini elan edir və Kiyevdən, Ukraynanın bəzi digər şəhərlərindən humanitar dəhlizlər açmağa hazırdır.
Bu barədə Rusiya Federasiyasının Ukraynadakı Humanitar Reaksiya üzrə Əlaqələndirici Qərargahından bildirilib.
Məlumata əsasən, sükut rejimi yerli vaxtla saat 10:00-da (Bakı vaxtilə 11:00) tətbiq olunacaq.
Qeyd olunub ki, Rusiya Kiyevdən və ona bitişik yaşayış məntəqələrindən Belarus ərazisindən "sonradan hava nəqliyyatı ilə Rusiya Federasiyasına çatdırılmaqla" humanitar dəhliz açmağa razıdır. Qərargadan əlavə olunub ki, cənub istiqamətində humanitar dəhlizlər "Ukrayna tərəfi ilə razılaşdırılmaqla" təmin ediləcək.