Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 10:02
Qırğızıstanda maşınlardan Rusiyaya dəstək bildirən 'Z' nişanlarını sökürlər.
Qırğızıstan paytaxtı Bişkekdə maşınlarına Rusiyanın Ukraynaya müdaxiləsinin simvoluna çevrilmiş "Z" hərfi yapışdıran sürücülərin cərimələnməsinə başlayıblar.
Rusiyanın Ukraynaya hücumunda hərbi texnikasının üzərinə vurulan Z hərfinə verdiyi məna naməlumdur, amma bəzi mülahizələrə görə, bu, Qərb (Zapad) hərbi dairəsinin qoşunlarını bildirir.
Sonxeber.net "Radio Liberty"yə istinadən bildirir ki, maşınlara belə işarələrin yapışdırılması qanun pozuntusudur.
Onun sözlərinə görə belə nişanların yapışdırılması üçün xüsusi lisenziya alınmalıdır.
Əks halda sürücüləri 5,5 min som və ya 56 dollar cərimə gözləyir.
Bu qanun pozuntusuna görə indiyədək nə qədər sürücünün cərimələndiyi bilinmir.