Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çelsi''ni ABŞ-ın Böyük Britaniyadakı sabiq səfiri alır

''Çelsi''ni ABŞ-ın Böyük Britaniyadakı sabiq səfiri alır

Tarix: 8 Mart 2022 10:06

Amerikan futbolu klubunun - NFL təmsilçisi "Nyu-York Cets"in sahibi Vudi Conson "Çelsi"ni almaq istəyir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, ESPN Vudinin artıq London klubunun satışını öhdəsinə götürən "Raine Group" şirkəti ilə əlaqə saxladığını bildirib.

Sözügedən iş adamı ötən ilin yanvarına qədər ABŞ səfiri qismində (2017-2021) Londonda yaşayıb. O, ölkəsində və İngiltərənin paytaxtında "Çelsi" azarkeşi kimi tanınır.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu səbəbindən Böyük Britaniyada yaşamasına qadağa qoyulan yəhudi əsilli rusiyalı iş adamı Roman Abramoviç martın 2-də "Çelsi"ni satmaq qərarı verdiyini açıqlayıb.

Milli.Az


Etiketlər:  Çelsini ABŞ Böyük Britaniyadakı sabiq səfiri alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ