Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk restoranına hücum edən ermənilərə hökm oxundu

Türk restoranına hücum edən ermənilərə hökm oxundu

Tarix: 9 Mart 2022 14:30

Kaliforniyada federal hakim Stiven Uilson erməni əsilli iki amerikalıya 2020-ci ilin noyabrında Los-Anceles ərazisində, Beverli-Hillz şəhərində yerləşən ailəvi türk restoranında şuluqluqda iştiraklarına görə hökm çıxarıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, erməni əsilli amerikalı dəstənin üzvləri olan 23 yaşlı Uilyam Stepanyan və 24 yaşlı Arutyun Harri Çalikyan Beverli-Hillzə gedərək "türk ovu"na çıxıblar (Stepanyan öz dostlarına yazılı müraciətində bu sözləri işlədib). Türk restoranına hücum Azərbaycanın Qarabağ bölgəsinin erməni işğalçılarından azad olunması uğrunda 2020-ci ildə gedən 44 günlük Vətən müharibəsi dövründə baş verib.

Onlar restorana daxil olaraq, türk əsilli zənn etdikləri insanların üzərinə stulları ataraq, "Biz sizi öldürməyə gəlmişik! Biz sizi öldürəcəyik!", - deyə bağırıblar. Onlar, həmçinin masaları və qab-qacağı da sındırıblar. Los-Anceles prokurorluğunun məlumatına görə, iğtişaş nəticəsində 5 nəfər yaralanıb, restorana 20 min dollar ziyan dəyib. Şalikyan və Stepanyan əlbirliklərinə görə bir maddə ilə və beş maddə üzrə ədavət zəminində cinayətlərdə iştiraklarına görə ittiham olunublar. Cütlük ötən il restorana hücum və nifrət zəminində cinayətlərin törədilməsi məqsədilə əlbir olmalarında təqsirlərini etiraf edib.

Uilyam Stepanyan 5 il, Arutyun Harri Çalikyan isə 15 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, məhkəmə kompensasiya qismində onların üzərinə ümumilikdə 21,2 min dollar ödəmək öhdəliyi qoyub. Stepanyanın əvvəllər də məhkumluğu olması səbəbindən hökumət daha sərt hökm çıxarılmasını istəyib. İttihamçı tərəfin məlumatına görə o, artıq 3 dəfə həbsxana həyatı yaşayıb, o cümlədən öldürücü silahdan istifadə etməklə hücum və zorakılığa meyil göstərib.


Etiketlər:  Türk restoranına hücum edən ermənilərə hökm oxundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ