Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Seren Eceni təhqir etdi

Seren Eceni təhqir etdi

Tarix: 9 Mart 2022 20:14

Aparıcı Ece Erkenin qətl edilən əri Şafak Mahmutyazıcıoğlunun ölümündən 40 gün keçib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, bu barədə instaqramda paylaşım edib.

"Ölə bilməyəcək qədər yaralıyam. Bir tərəfdən yasımı tuturam, digər tərəfdən isə onun ölümünün ikinci günündə zəng edib "şirkətin 25 faizi sənin borcundur", "sürücünün idarə etdiyi maşını ver", " təsbehlərini ver", "o gecə taxdığı saatı qızına verəcəyik" deyənlər, amma nə etdiyini bilmədiyim "əvvəlcə kirayə verərik" deyə bəzədiyimiz bir evin hələ ikinci gündən bütün əşyalarını aparanlar ətrafımdaydı",- deyə Ece yazıb.

Erkenin sözlərinin paylaşıldığı səhifədə yaxın dostu Seren Serengilin şərhi diqqət çəkib. Belə ki, o, "Mal" deyə Ecenin ünvanına rəy yazıb. Bu şərh sosial şəbəkələrdə müzakirə yaradıb. Çoxu Serenin saxta profili ilə real səhifəsini səhv saldığını düşünüb.

Qeyd edək ki, Ş. Mahmutyazıcıoğlu güllələnərək öldürülüb.


Etiketlər:  Seren Eceni təhqir etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ