Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərxoş sürücü 6 piyadanı vurdu - VİDEO

Sərxoş sürücü 6 piyadanı vurdu - VİDEO

Tarix: 9 Mart 2022 20:32

Nijni Novqorodda 27 yaşlı "Hyundai Accent" sürücüsü səkidə 6 nəfəri vurub. Xoşbəxtlikdən onların hamısı sağ qalıb.

Sonxeber.net-ın "Rossiyskaya qazeta"ya istinadən verdiyi məlumata görə, gəncin sürücülük təcrübəsi bir ildir. Hadisə ötən gün saat 22:10 radələrində baş verib. Qəza nəticəsində dörd kişi və iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Polis sürücünün spirtli içki qəbul etdiyini müəyyən edib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması" ilə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyi bildirir ki, sürücünü 7 ilə qədər həbs cəzası gözləyir. Hazırda həmin şəxs həbs edilib.

Aslan Məmmədov


Etiketlər:  Sərxoş sürücü piyadanı vurdu VİDEO


RƏYLƏR