Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 08:58
Ukraynada münaqişədən xaricə qaça bilməyən milyonlarla yaşlı və əlil risk altındadır.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu açıqlama ilə Britaniyanın Disasters Emergency Committee (DEC) adlı QHT-si çıxış edib.
Təşkilat bildirir ki, 2 milyondan çox ukraynalı müharibəyə görə ölkə xaricinə çıxıb. Lakin yaşlı və əlilliyi olan insanlar ölkədə qalıblar və risk altındadırlar. Ukraynada yaşı 60-dan çox olan şəxslərin sayı 7 milyonu keçir. Onların çoxuna qulluq edilmir.
Avropa Məhdud Hərəkət Qabiliyyətli Adamlar Forumunun statistikasına görə, Ukraynada əlillərin sayı 2,7 milyon nəfərdir.