Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 10:00
Dünyanın ən bahalı aktrisası olduğu ərəfədə karyerasına son qoyan Hollivud ulduzu Kameron Diaz "Rule breakers" podkastında həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, kino sahəsindən uzaqlaşan aktrisa dünyanın hazırda gözəllik məfhumunun qurbanı olduğunu bildirib. 49 yaşlı Kameron karyerasını sonlandırdıqdan sonra həyatının kəskin şəkildə dəyişdiyini deyib:
"Son səkkiz ildə bir növ vəhşi olmuşam. Vəhşi bir heyvan kimi. Getdikcə necə göründüyüm barədə daha az fikirləşirəm. Bu isə yaşamağı daha da asanlaşdırır. Üzümə nəsə etməyi dayandırmışam. Üzümü ümumiyyətlə yumuram. İnanın ki, milyarddan çox dəriyə qulluq vasitələmi rəflərdə toz basır. Bir vaxtlar ideal olmağın nə qədər vacib olduğunu düşünürdüm. Amma indi hər şey dəyişib.
Kino sənayesi gözəlliyin standartlaşmasına gətirib çıxarıb. Onlar ideal qadının necə görünməsi ilə bağlı bir çox stereotiplərin yaranmasına səbəb olub. Bu sahədə qadınların məruz qaldığı standartların və istismarın qurbanı olmuşam. Bu gün isə düşündüyüm son şey necə göründüyümdür".