Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 18:56
Rubl dəyər itirsə də, Rusiyadan gətirilən məhsullar bahalaşır. Söhbət tikinti bazarındakı qiymətlərdən gedir.
Sahibkarlar deyir ki, Azərbaycana taxta əsasən Rusiya və Ukraynadan gəlir. İndi isə müharibə davam etdiyinə görə bazara taxta gətirilmir.
Qiymətlərin təxminən 15-20 faiz bahalaşması alıcı qüvvəsinə də təsir edib.
Sahibkarlar bildirir ki, taxtanı yükləyib gətirməyə boş vaqon tapmırlar. Onlar iddia edir ki, həmin vaqonlar hazırda hərbi vəziyyətlə əlaqədar istifadə olunur.
Ekspertlər hesab edir ki, bu bahalaşma müvəqqəti xarakter daşıyır. Daşıma problemi həll edilən kimi qiymətlərdə sürətli enmə müşahidə ediləcək.
Sonxeber.net xezerxeber.az-a istinadla videomaterialı təqdim edir: