Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 20:08
11 mart 2022-ci il tarixinə Milli Bankın Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün açdığı xüsusi hesaba qrivna (1 dollar = 29,54 qrivna) ekvivalentində 11,3 milyarddan çox vəsait köçürülüb.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, tənzimləyicinin mətbuat xidmətinin məlumatına görə, vəsait həm Ukraynadakı vətəndaşlardan, müəssisələrdən, həm də beynəlxalq ictimaiyyətdən daxil olub. Xüsusilə, xaricdən xarici valyutada təxminən 3,3 milyard qrivna ekvivalenti daxil olub.
Bu vəsaitdən Milli Bank artıq 10,2 milyard qrivnanı ordunun ehtiyaclarına köçürüb. İndi xüsusi hesabdakı vəsaitlərin qalığı demək olar ki, 1,14 milyard qrivna təşkil edir.
Həmçinin, martın 11-nə Milli Bankın humanitar məqsədlər üçün açdığı Sosial Siyasət Nazirliyinin hesabına 194 milyon qrivna ekvivalenti köçürülüb. Ümumilikdə, xaricdən xarici valyutada 77 milyon qrivna ekvivalentindən çox vəsait daxil olub.
Aslan Məmmədov