Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropanın ən qonaqpərvər şəhəri

Avropanın ən qonaqpərvər şəhəri

Tarix: 11 Mart 2022 22:32

Amerikanın nüfuzlu səyahət jurnalı "Condé Nast Traveller" Portuqaliyanın paytaxtı Lissabonu Avropada birinci və dünyanın beşinci ən qonaqpərvər şəhəri kimi qiymətləndirib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məşhur nəşr 34-cü illik "Oxucu seçimi mükafatları" sorğusunda dünyanın ən qonaqpərvər şəhərlərini növbəti dəfə sıralayıb.

Bu sorğu səyahətçilərin şəhərləri ziyarət edərkən özlərini necə hiss etdikləri, yəni xoş qarşılandıqları, əziz qonaq olduqlarını və məlumata ehtiyac olduqda yerli sakinlərdən tam dəstək alıb-almadıqlarını qiymətləndirir.

"Condé Nast Traveler" həmçinin bildirir ki, Lissabon sahil mənzərələri, tarixi memarlıq və şirniyyatları ilə Portuqaliyaya ilk dəfə gələnlər üçün mükəmməl başlanğıc nöqtəsidir.

"Condé Nast Traveller" tərəfindən dünyanın ən qonaqpərvər şəhərləri sıralamasında birinci yerdə Kralendeyk (Boneyr Adası), ikinci San-Miguel-de-Alyende (Meksika), sonra isə Mərrakeş (Mərakeş), Banqkok (Tayland), Lissabon (Portuqaliya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), İstanbul (Türkiyə), Sinqapur, Edinburq (Şotlandiya) yerləşdirilib.

Bu il Lissabon həm də beynəlxalq mətbuatda 2022-ci ildə ən yaxşı istiqamət, ən yaxşı qastronomiya və yaşamaq üçün ən sağlam yer kimi bir sıra mükafatlara layiq görülüb.


Etiketlər:  Avropanın qonaqpərvər şəhəri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ