Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 23:06
Kiyev vilayətinin Buça şəhərində rus hərbçiləri təxliyə olunmağı gözləyən insanlara atıcı silahlardan atəş açıb, bir nəfər yaralanıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Bildirilir ki, faktla bağlı cinayət işi açılıb.
İstintaqın məlumatına görə, hadisə baş verən gün - martın 11-nə keçən gecə Rusiya silahlı qüvvələri, eyni zamanda Brovarski rayonunun Barışevka kəndini qanadlı raketlərdən atəşə tutub. Nəticədə biri jurnalist olmaqla 6 nəfər xəsarət alıb. Yaşayış binalarına ziyan dəyib, infrastruktur obyektləri qismən dağılıb.
Prokurorluq onu da xatırladıb ki, bir gün əvvəl növbəti artilleriya hücumu nəticəsində Buçada yaşayış binaları dağıdılıb, yerli sakin qəlpə yaraları alıb, İrpendə isə hərbi əməliyyatlar nəticəsində ev partladılıb, bir nəfər ölüb.