Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 14:26
Rusiyanın Ukraynaya silahlı təcavüzü zamanı 16 gün ərzində artıq 79 uşaq həlak olub, 100-ə yaxın uşaq isə yaralanıb.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun Telegram-kanalında məlumat verilib.
"Qurbanların əksəriyyəti Kiyev, Xarkov, Donetsk, Sumı, Xerson və Jitomir vilayətlərində olub. Rusiya Federasiyası silahlı qüvvələrinin aktiv döyüşlər apardığı atəş yerlərinin yoxlanılması imkanının olmaması səbəbindən bu rəqəm yekun deyil", - prokurorluqdan bildiriblər.
Nəşr bildirir ki, hazırda Ukraynada 280-dən çox təhsil müəssisəsi dağıdılıb, onlardan 9-u tamamilə dağıdılıb. Donetsk vilayətində 110, Sumı vilayətində 28, Kiyevdə 17 təhsil müəssisəsi zərər görüb.
10-dan çox uşaq tibb müəssisəsinə də ziyan dəyib.
Hücumlar nəticəsində hər gün orta hesabla 17 təhsil müəssisə məhv edilir.
"Beləliklə, Ukrayna ərazisində aktiv döyüş əməliyyatları və bu cür müəssisələrin qəsdən dağıdılması səbəbindən 7 milyon uşaq təhsil almaq imkanından məhrumdur", - deyə məlumatda bildirilir.
Aslan Məmmədov