Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qadın Polad Həşimovun adından istifadə edir

Bu qadın Polad Həşimovun adından istifadə edir

Tarix: 12 Mart 2022 22:12

Özünü şəhid general-mayor Polad Həşimovun bibisi kimi təqdim edən qadın dələduzluq edir.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə şəhid generalın bacısı Kəmalə Həşimova məlumat verib.

Onun sözlərinə görə, Səkinə adlı qadın özünü Polad Həşimovun bibisi kimi təqdim edir:

"Rəsmdə gördüyünüz bu qadın öz dediyinə görə əslən Gəncəli olsa da, Bakıda yaşayan Səkinədir. Başqa ziyarətçilər kimi evimizə gəlib rəsm də çəkdirib. Amma bu qadının bizim ailəmiz ilə heç bir qan bağı yoxdur. Hər yerdə Poladın bibisiyəm deyərək başqa məqsədlər üçün istifadə edir. Müxtəlif şirkətlərə gedərək yardım istəyir, pul yığır. Çox xahiş edirəm əgər bu adla kiməsə yaxınlaşarsa həddini bildirin. Mənim Fatma adında xanım-xatun bir bibim var. Çox qürurlu və məğrur bir qadındır. Belə dələduzlara fürsət verməyin".


Etiketlər:  qadın Polad Həşimovun adından istifadə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ