Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaraciyər fəaliyyətini yaxşılaşdıran bitki çayları

Qaraciyər fəaliyyətini yaxşılaşdıran bitki çayları

Tarix: 13 Mart 2022 08:21

Qaraciyər qanı filtirləyən, vitamin və mineralları orqanizmin mənimsədiyi hala salan, qırmızı qan hüceyrələrini yeniləyən və öd əmələgəlmədə iştirak edən bir orqandır. Qaraciyər bu həyat əhəmiyyətli funksiyaları yerinə yetirərkən bir çox toksik maddələrin təsirinə məruz qalır. Bu səbəblərdən qaraciyər təmizlənməyə ehtiyac duyur. Uzun illər orqanizmdə "təmizləmə" işi ilə məşğul olan bu orqanın özünün "təmizliyə" ethiyacı olduqda insanda yorğunluq, halsızlıq, nəfəsində qoxu, dəridə qaşınmalar və iştahsızlıq kimi əlamətlərlə özünü göstərir.
Bu toksinlərin qaraciyərdən təmizlənməsi üçün bəzi bitki çaylarından istifadə etmək lazımdır.
Dəvətikanı dəmləməsi qaraciyər təmizlyən bitkilər sırasında birinci yerdə durur. Onun tərkibində tapılan silyamarin və silyin adlı kiməvi maddələr qida səbəbli qaraciyərdə əmələ gələn toksinlərin təmizlənməsində böyük rol oynayır. Ümumdünya Səhiyyə Təşkilatının sənədlərində dəvətikanı göbələk zəhərlənmələrinə qarşı bir vasitə kimi qeyd edilmişdir.
Zəncirotu dəmləməsi öd axımını sürətləndirərək qaraciyər daxilindəki artıq toksinləri təmizləyir. Bundan başqa zəncirotu dəmləməsi qaraciyərin iltihabi xəstəliklərində də öz faydasını göstərir.
Solmazçiçəyinin dəmləməsi də qaraciyərdaxili öd axarları boşaltmaqla qaraciyər fəaliyyətini yaxşılaşdırır.
Qaraciyəri təmizləmək üçün bəzi tövsiyələr:
* Az alkohol qəbul edin.
* Yaşıl tərəvəzlərə üstünlük verin.
* Duzu azaldın.
* Kofe və çayı azaldın.
* Zeytun yağına üstünlük verin.
* Yediklərinizin üstünə limon şirəsi tökün.


Etiketlər:  Qaraciyər fəaliyyətini yaxşılaşdıran bitki çayları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ