Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2022 10:38
Ukraynanın paytaxtı Kiyevdə gənc futbolçu Dmitri Yevdoçenko Rusiya ordusunun top atəşi nəticəsində həlak olub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, hadisə zamanı 16 yaşlı oyunçu ilə yanaşı, anası Mariya Yevdoçenko da ölüb. Onlar Kiyev vilayətinin Brovarski rayonundan təxliyə zamanı atəşə tutulublar.
Qeyd edək ki, Dmitri Yevdoçenko Kiyevdə fəaliyyət göstərən "Atlet" klubunun üzvü olub.