Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2022 16:08
Avtomobil brendi "Hyundai" İngiltərənin "Çelsi" klubu ilə sponsorluq müqaviləsini pozub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, buna Böyük Britaniya hökumətinin London təmsilçisinə tətbiq etdiyi sanksiyalar səbəb olub.
Bildirilib ki, "zadəganlar"la marketinq və kommunikasiya əməkdaşlığı növbəti xəbərdarlığadək dayandırılıb.
Qeyd edək ki, daha əvvəl İngiltərə Premyer Liqasının rəhbərliyi "Çelsi"nin sahibi Roman Abramoviçi klubun idarəçiliyindən kənarlaşdırıb.