Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2022 16:40
Kiyevdə Obolonda evə endirilən zərbə və Kurenevkada raket parçalarının düşməsi nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
"Bu gün Kiyev düşmənin hücumuna məruz qalıb. Səhər tezdən mərmi Obolonda 9 mərtəbəli yaşayış binasına düşüb. Yenilənmiş məlumatlara görə, bir nəfər ölüb. 10 nəfər yaralanıb. 70-ə yaxın sakin evdən təxliyə edilib", - o, bildirib.
Bundan əlavə, daha sonra Ukrayna hərbçiləri tərəfindən vurulan düşmən raketinin parçaları Kurenevkada yola düşüb. Nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb, onlardan ikisi təcili tibbi yardım maşını ilə aparılıb.
"Sərnişinsiz qalan trolleybus tamamilə sıradan çıxıb. Şüşələr uçub, ətrafdakı evlərin eyvanları və birinci mərtəbələrdəki ticarət obyektləri zədələnib. Hazırda xilasedicilər və təcili tibbi yardım briqadaları hadisə yerində işləyir", - Kliçko əlavə edib.
Aslan Məmmədov