Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün Azərbaycan, İran, Türkiyə və Hindistanda baş verən zəlzələlərin əlaqəsi varmı? (ÖZƏL)

Bu gün Azərbaycan, İran, Türkiyə və Hindistanda baş verən zəlzələlərin əlaqəsi varmı? (ÖZƏL)

Tarix: 9 Sentyabr 2019 17:28

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün səhər saatlarında Azərbaycanın Masallı rayonunda baş vermiş zəlzələnin qonşu İranda, Türkiyədə, eləcə də Hindistanda və Pakistanda baş vermiş zəlzələlərlə heç bir əlaqəsi yoxdur.

Bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Masallıdakı zəlzələ zamanı xırda təkanlar qeydə alınıb: “Belə zəif təkanlar Azərbaycan ərazisində həmişə baş verir. Bu gün Azərbaycan ərazisində təqribən 17, dünən isə 20-dən çox təkan qeydə alınıb. Belə təkanlar Yer daxilində gedən geodinamik proseslərin nəticəsidir. Sadəcə olaraq, mərkəzin texnki imkanları böyük olduğu üçün Yer daxilində gedən bütün proseslər izlənilir və belə xırda təkanların hamısı qeydə alınır”.

Mərkəz direktoru Azərbaycanda builki seysmoloji aktivliyi fon səviyyəsində dəyərləndirib: “Xırda təkanlar qeydə alınır, belə təkanlar olacaq da. Amma güclü seysmoloji aktivlik müşahidə edilmir. Yaxın günlərdə təhlükəli zəlzələnin olacağı da gözlənilmir. İndi dağıdıcı, güclü zəlzənənin gözlənilməsi üçün heç bir əsas yoxdur. Amma hiss olunan zəlzələlər ola bilər. Belə zəlzələlər həmişə ola bilər, onların da olması qorxulu deyil”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  gün Azərbaycan İran Türkiyə Hindistanda baş verən zəlzələlərin əlaqəsi varmı ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ