Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ukraynalılara pul, yardım göndərəcək, qaçqınları qucaq açıb qarşılayacağıq'' - Bayden

“Ukraynalılara pul, yardım göndərəcək, qaçqınları qucaq açıb qarşılayacağıq'' - Bayden

Tarix: 15 Mart 2022 08:38

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden bildirib ki, Birləşmiş Ştatlar Ukraynanın Rusiyanın işğalından qorunmaq üçün silahlara malik olmasını təmin edəcək.

Sonxeber.net "Report"a istinadən bildirir ki, Ağ Ev rəhbəri bu barədə tviterdəki səhifəsində yazıb.

"Biz Ukraynanın işğalçı Rusiya qüvvələrindən qorunmaq üçün silahlarının olmasının qayğısına qalacağıq. Biz ukraynalıların həyatını xilas etmək üçün pul, ərzaq və yardım göndərəcəyik. Ukraynalı qaçqınları qucaq açaraq qarşılayacağıq", - Bayden yazıb.

Xatırladaq ki, daha əvvəl Cozef Bayden Rusiyaya ABŞ dolları əskinaslarının ixracını, satışını və tədarükünü qadağan edən fərman verib.


Etiketlər:  Ukraynalılara yardım göndərəcək qaçqınları qucaq açıb qarşılayacağıq Bayden


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ