Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Fox News" telekanalının operatoru Kiyev ətrafında həlak olub

Tarix: 15 Mart 2022 21:24

Amerikanın "Fox News" telekanalının operatoru Pyer Zakrjevski Kiyev ətrafında atəş altına düşərək həlak olub, həmin hadisə zamanı telekanalın müxbiri Bencamin Holl yaralanıb.

Bu barədə onların həmkarı, "Fox News" telekanalının xəbərlər proqramının aparıcısı Con Roberts özünün tviter səhifəsində bildirib.

İnsident bazar ertəsi günü baş verib. Məlumat Pentaqon tərəfindən təsdiqlənib və əlavə edilib ki, hazırda hadisə ilə bağlı informasiya toplanır.

Milli.Az


Etiketlər:  Fox News telekanalının operatoru Kiyev ətrafında həlak olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ