Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-dan Rusiya və Belarusa qarşı yeni SANKSİYA DALĞASI

ABŞ-dan Rusiya və Belarusa qarşı yeni SANKSİYA DALĞASI

Tarix: 15 Mart 2022 22:16

ABŞ Rusiya və Belarusa qarşı sanksiyalar siyahısını genişləndirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı yazılı məlumatda deyilir.

Nazirlik Rusiyanın hərbi rəhbərliyinin bir sıra nümayəndələrini sanksiya siyahısına daxil edib.

Məhdudiyyətlər Rusiya müdafiə nazirinin müavinləri Dmitri Bulqakov, Yunus-Bek Yevkurov, Timur İvanov, Aleksey Krivoruçko, Nikolay Pankov, Yuri Sadovenko, Ruslan Tsalikov və Gennadi Jidkoya qarşı tətbiq edilir.

Bundan başqa, siyahıda "Rosoboroneksport"un baş direktoru Aleksandr Mixeyev və Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev də var. Sanksiyalar siyahısına Vaşinqtonun daha əvvəl də barəsində məhdudiyyətlər tətbiq etdiyi Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotov da daxil edilib.

Milli.Az


Etiketlər:  ABŞ Rusiya Belarusa qarşı yeni SANKSİYA DALĞASI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ