Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2019 14:28
Bakı. Samir Əli - Trend:
Silahlı qüvvələrdə baş verən cinayətlər, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb.
Trend-in məlumatına görə, bunu “Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasında Heydər Əliyevin xüsusi xidmətləri və Azərbaycan Silahlı Qüvvələrinin bu günü” mövzusunda elmi-praktik konfransda Hərbi prokuror Xanlar Vəliyev bildirib.
X.Vəliyev deyib ki, qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin digər fərqli illərlə müqayisəli təhlili aparılarkən məlum olub ki, hərbi xidmət əleyhinə olan cinayətlər 1998-ci illə müqayisədə 7 dəfə, hərbi xidmətdən yayınma cinayətləri 1998-ci illə müqayisədə 33 dəfə, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1998-ci illə müqayisədə 29 dəfə, fərarilik cinayətləri 1998-ci illə müqayisədə 371 dəfə, müharibə vaxtı və ya döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1998-ci illə müqayisədə 1000 dəfə; tabeçilik qaydaları əleyhinə olan cinayətlər 2007-ci illə müqayisədə 2 dəfə; hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri 2007-ci illə müqayisədə 2 dəfə; tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 2013-cü illə müqayisədə 41,7%; hakimiyyətdən sui-istifadə etmə 1998-ci illə müqayisədə 36,0 %; qulluğa səhlənkar yanaşma cinayətləri 1998-ci illə müqayisədə 51,4 %; qeyri-hərbi cinayətlər 1998-ci illə müqayisədə 10,2%, 1998-ci illə müqayisədə qəsdən adam öldürmə cinayətləri 5 dəfə və özünü öldürmə həddinə çatdırma cinayətləri isə 2 dəfə azalıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin