Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2022 08:54
Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində Rusiya ilə danışıqlara dair prioritetlərini açıqlayıb.
V.Zelenski bildirib ki, Ukraynadakı müharibə ilə bağlı Rusiya ilə danışıqlara dair prioritetləri qarşıdurmanın başa çatması, təhlükəsizlik, suverenlik, ərazi bütövlüyünün bərpasıdır.
"Danışıqlara dair prioritetlərim tamamilə aydındır. Müharibənin başa çatması, təhlükəsizlik təminatları, suverenlik, ərazi bütövlüyünün bərpası, ölkəmiz üçün real təminatlar, ölkəmiz üçün real müdafiə", - deyə V.Zelenski bildirib.