Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiyevdə daha iki hündürmərtəbəli bina dağıdılıb, itkilər var

Kiyevdə daha iki hündürmərtəbəli bina dağıdılıb, itkilər var

Tarix: 17 Mart 2022 12:44

Kiyevdə bu gün səhər saatlarında raket zərbəsi nəticəsində Darnitski rayonunda iki hündürmərtəbəli bina zədələnib, bir nəfər ölüb, daha dörd nəfər yaralanıb.

Milli.Az bildirir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının mətbuat xidməti Nikolay Povoroznik başçının birinci müavininə istinadən məlumat yayıb.

"Martın 17-nə keçən gecə Kiyevdə narahatlıq yaranıb. Şəhərdə raket hücumu nəticəsində Darnitski rayonunda iki çoxmərtəbəli yaşayış binasına ziyan dəyib", - o deyib.

"İlkin məlumatlara görə, bir nəfər ölüb, dörd nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Xilasedicilər və həkimlər hadisə yerində işlərini davam etdirir", - Povoroznik bildirib.

UNİAN-ın məlumatına görə, bu gün, martın 17-də səhər saat 5:02-də vurulan raketin qalıqlarının yerə düşməsi nəticəsində paytaxtın Darnitski rayonunda yaşayış binasında yanğın və dağıntılar baş verib.

Dövlət Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, partlayış 16-cı və texniki mərtəbədəki evin konstruksiyalarının dağılmasına, eyni mərtəbədəki mənzildə yanğına səbəb olub.

Yanğınsöndürənlər yanğını söndürüblər. Xilasetmə əməliyyatları, tikililərin sökülməsi və insanların axtarışı davam etdirir.

Xilasedicilər evin 11-ci və daha yüksək mərtəbələrindən 30 nəfəri təxliyə ediblər, onlardan 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Kiyevdə daha hündürmərtəbəli bina dağıdılıb itkilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ