Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov Drian ilə regiondakı vəziyyəti müzakirə edib

Ceyhun Bayramov Drian ilə regiondakı vəziyyəti müzakirə edib

Tarix: 17 Mart 2022 22:57

17 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

Sonxeber.net Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən xəbər verir ki, nazirlər, regiondakı cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Danışıq zamanı nazirlər Azərbaycan tərəfindən təqdim edilmiş beş baza prinspinə toxunublar. Fransa naziri Fransanın Azərbaycan və Ermənistan arasında normallaşma səylərinə dəstəyini ifadə edib.

Tərəflər, həmçinin Ukrayna ətrafındakı mövcud vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı nazirlər, ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Etiketlər:  Ceyhun Bayramov Drian ilə regiondakı vəziyyəti müzakirə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ