Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA maliyyə feyr-pleyi qaydalarına dəyişiklik edəcək

UEFA maliyyə feyr-pleyi qaydalarına dəyişiklik edəcək

Tarix: 17 Mart 2022 23:32

UEFA maliyyə feyr-pleyi qaydaları ilə bağlı islahatlar etməyə hazırlaşır.

Milli.Az "Report"a istinadən bildirir ki, Avropa futbol qurumu klubların maliyyəsinə nəzarəti gücləndirmək niyyətindədir.

Maliyyə balansı mənfi olan komandalar sanksiya ilə hədələnəcək və onlardan vəziyyətin dəyişdirilməsi tələb olunacaq. UEFA klub sahiblərinin daha məsuliyyətli olmasını istəyir.

Bundan əlavə, maliyyə nəzarəti şərtlərinin dəyişdirilməsi nəzərdə tutulur. İslahat qəbul olunarsa, komandaların cari il üçün maliyyə hesabatları qiymətləndiriləcək. Əmək haqqı, transfer haqları və agentlərə ödənişlərə xüsusi nəzarət ediləcək. Klubun xərcləyə biləcəyi məbləğ onun dövriyyəsindən asılı olacaq.

Milli.Az


Etiketlər:  UEFA maliyyə feyr pleyi qaydalarına dəyişiklik edəcək


RƏYLƏR