Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2022 10:18
BMT Rusiya Federasiyasının Ukraynada atəşkəslə bağlı qətnamə layihəsini Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaqdan imtina edib.
Sonxeber.net Bloomberg-ə istinadən bildirir ki, müvafiq sənəd BMT TŞ-nin bugünkü iclasında müzakirə edilməliydi.
RF-nin BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın dediyinə görə, "Qərb ölkələri BMT üzvlərinə təzyiq göstərərək onları Rusiyanın təşəbbüsünü dəstəkləməməyə çağırıblar".
Gerçəklik isə budur ki, Rusiyanın təşəbbüsünü hətta Çin və Hindistan da dəstəkləməyib.