Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqasında püşk atılıb

Çempionlar Liqasında püşk atılıb

Tarix: 18 Mart 2022 15:22

Bu gün Çempionlar Liqasında mövsümün son püşkü atıldı.

Sonxeber.net bildirir ki, püşk İsveçrənin Nyon şəhərində atıldı.

Mərasimdə 1/4, 1/2 və final mərhələlərinin püşkatması keçirildi. Mübarizəni davam etdirən 8 komanda öncə 4 cütlük təşkil edəcək. Bu cütlər yarımfinaldakı mümkün rəqiblərini də tanıdı. Fransanın paytaxtı Parisdəki finalın nominal meydan sahibi də bəlli oldu. Kor püşk zamanı eyni ölkə təmsilçiləri bir-biri ilə qarşılaşa bilərdilər.

Qeyd edək ki, 1/4 final matçları aprelin 5-6-da və 12-13-də, yarımfinal aprelin 26-27-də və mayın 3-4-də, final mayın 28-də keçiriləcək.

1/4 final

1. "Çelsi" (İngiltərə) - "Real" (İspaniya)

2. "Mançester Siti" (İngiltərə) - "Atletiko" (İspaniya)

3. "Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya)

4. "Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə)

1/2 final

1. 2-ci cütlüyün qalibi - 1-ci cütlüyün qalibi

2. 4-cü cütlüyün qalibi - 3-cü cütlüyün qalibi

Final

2-ci cütlüyün qalibi - 1-ci cütlüyün qalibi

Aslan Məmmədov


Etiketlər:  Çempionlar Liqasında püşk atılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ