Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2022 17:14
Qərbin Rusiyaya qarşı diskriminasiyası dünya tarixində görünməmiş bir hadisədir. Qərb hər sözdə yalan danışır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd deyib.
"Qərb beynəlxalq hüququn dəyərsiz olduğunu sübut etdi və qlobal müqavilələrin bütün prinsiplərinin üstündən xətt çəkdi, dünyanı vəhşi meşəyə çevirdi", - Əsəd qeyd edib.
B.Əsəd Qərblə qarşıdurma imkanlarının olduğunu qeyd edib:
"Ukraynada münaqişənin başlaması ilə Qərb qlobal miqyasda tarixi dönüş nöqtəsini yaşayır. Qərbin yeritdiyi siyasət - güc siyasəti və dünya nizamının cəngəllik qanununa çevrilməsidir. Ukraynadakı münaqişə Qərb ölkələrinin hakimiyyətlərinin əsl simasını xalqlarına göstərdi".