Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pentaqon rəhbəri Ukraynanın müdafiə nazii ilə görüşə bilər

Pentaqon rəhbəri Ukraynanın müdafiə nazii ilə görüşə bilər

Tarix: 19 Mart 2022 08:33

ABŞ üçüncü ölkələrdən Ukraynaya hərbi təyyarələrin verilməsinə mane olmayacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin CNN telekanlına müsahibəsində deyib.

"Digər dövlətlər uyğun bildiklərini etməkdə azaddırlar. ABŞ yardım edən ölkələrin qarşısında qətiyyən maneə törətməyəcək", - deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ ukraynalılara döyüşdə fərq yaratmağa imkan verəcək vasitələrə, o cümlədən hava hücumundan müdafiə sistemləri, tank əleyhinə sistemlər, pilotsuz təyyarələr və effektivliyi sübut edilmiş digər döyüş vasitələrində diqqət yetirməyə davam edəcək.

O, yaxın vaxtlarda Ukraynanın müdafiə naziri Aleksey Reznikovla görüşməyə ümid etdiyini də əlavə edib.

Milli.Az


Etiketlər:  Pentaqon rəhbəri Ukraynanın müdafiə nazii ilə görüşə bilər


RƏYLƏR