Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Noyer Kanın rekordunu qırdı

Noyer Kanın rekordunu qırdı

Tarix: 20 Mart 2022 14:26

"Bavariya"nın qapıçısı Manuel Noyer yeni rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 36 yaşlı qolkiperin rekordu Bundesliqanın 27-ci turunda evdə "Union Berlin"ə 4:0 hesabı qalib gəldikləri görüşdə qeydə alınıb.

O, Bundesliqada 311-ci qələbəsini qazanmaqla Münhen təmsilçisinin sabiq qapıçısı Oliver Kanı (310) geridə qoyub. Noyer bunu 460, Kana isə 557 qarşılaşmada əldə edib.

Qeyd edək ki, Manuel Noyer 2006-cı ildən Bundesliqada çıxış edir. Almaniya millisinin üzvü "Bavariya"ya 2011-ci ildə "Şalke"dən keçib.

Milli.Az


Etiketlər:  Noyer Kanın rekordunu qırdı


RƏYLƏR