Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vladimir Kliçko müharibədən danışıb: "Bu, mənim həyatımın döyüşüdür"

Vladimir Kliçko müharibədən danışıb:

Tarix: 21 Mart 2022 18:20

"Bu, mənim həyatımın döyüşüdür": Vladimir Kliçko Rusiya ordusu ilə müharibədən danışıb.

Milli.Az APA-ya istinadən bildirir ki, əfsanəvi boksçu, Kiyev meri Vitali Kliçkonun qardaşı news.yahoo saytına müsahibəsində Rusiya ordusuna qarşı müharibəni həyatının döyüşü adlandırıb və rusların heç vaxt Ukraynanı fəth edə bilməyəcəyini deyib:

"Mən döyüşçüyəm və bu döyüşdür. Bu, mənim həyatımın döyüşüdür. Bu, milyonlarla insanın bir ömürlük mübarizəsidir. Vladimir Putin sadəcə olaraq SSRİ-yə qayıtmaq istəyir, lakin bu, baş tutmayacaq. Əgər rus ordusunun əhatəsindəyiksə, elə də olsun. Biz, ukraynalılar, 45 milyonuq. Biz müqavimət göstərəcəyik, bunu indi də edirik. Fotolarda görürsən ki, rusların keçdiyi şəhərlərdə insanlar Ukrayna bayraqları ilə mitinqlər keçirir, tankların qarşısına çıxıb deyirlər ki, evinə get, bura sənin torpağın deyil".

Vladimir Kliçko bildirib ki, Kiyevdə rus tankları yoxdur və olmayacaq:

"Şəhər güclüdür, insanlar güclüdür, bizim iradəmiz güclüdür".

Milli.Az


Etiketlər:  Vladimir Kliçko müharibədən danışıb Bu mənim həyatımın döyüşüdür


RƏYLƏR