Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dırnaqlarını dişi ilə qopardanları gözləyən TƏHLÜKƏ

Dırnaqlarını dişi ilə qopardanları gözləyən TƏHLÜKƏ

Tarix: 21 Mart 2022 19:33

Dırnaqları və ətrafını dişlərlə qoparıb çeynəmək və qırmaq tibdə Onixofagiya adlanır.

Dırnaqlarını yeyənlərdə çox vaxt stress, nevroz, təşviş pozuntusu olur.

Dünyada hər 3 nəfərdən birində bu zərərli vərdiş var və onlar bunu qeyri-ixtiyari edir.

Sonxeber.net bakupost.az-a istinadən xəbər verir ki, dırnaqları və ətraf dərisini dişlərlə qoparmaq psixi davranış pozuntusudur.

Bu vərdiş orqanizmə infeksiya qapısı açır və dermatoloji baxımdan çox təhlükəliidr.

Həkim dermatoloq Nataliya Şepleva bildirib ki, dırnaq ətrafında sıyrıntı, yara, dəri defekti bakterial və göbələk infeksiyaları qapısı rolunu oynayır.

Zədələnmiş yerdən istənilən bakteriya orqanizmə keçir.

Eləcə də həmin nahiyədə dəriyə sabun, yuyucu kimyəvi vasitələr daha çox təsir edir və bu vasitələrdə olan kimyəvi toksiki maddələr də dırnaq dibindən daxil olub qana keçir.


Etiketlər:  Dırnaqlarını dişi ilə qopardanları gözləyən TƏHLÜKƏ


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ