Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2019 14:03
Bakı. Samir Əli - Trend:
Daşkəsəndə gənc oğlan qısqanclıq zəminində bıçaqlanıb.
Trend-in məlumatına görə, hadisə rayonun Quşçu kəndində baş verib.
Kənd sakini - 2000-ci il təvəllüdlü Həsənli Eltun İlham oğlu həmkəndlisi Hüseynov Gəncəli Hüseyn oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində G.Hüseynov E.Həsənliyə baş, qarın və bədəninin sol hissəsindən 4 bıçaq zərbəsi endirib.
Yaralı komatoz-şok vəziyyətində xəstəxanaya çatdırılıb.
İlkin araşdırma zamanı hadisənin qısqanclıq zəminində baş verdiyi məlum olub.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin