Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İnsanları bölməyə çalışırlar, siyahılarınız məni maraqlandırmır''

''İnsanları bölməyə çalışırlar, siyahılarınız məni maraqlandırmır''

Tarix: 23 Mart 2022 10:00

Ukraynanın Əməkdar artisti Svetlana Loboda Ukraynada "arzuolunmaz ulduzlar" siyahısına daxil edilməsinə münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bu barədə instaqram hesabında yazıb:

"Bu gün milyonlarla ukraynalı hər şeyini itirib. Onlar evlərini tərk etmək məcburiyyətində qalıblar. Həyatlarını xilas etmək üçün əllərində olan hər şeyi tərk ediblər. Məndən asılı olan hər şeyi edirəm ki, onlar ən azı ilkin ehtiyaclarını ala bilsin.

Bilirəm ki, bu gün tez-tez hər cür "siyahı" peyda olur. Orada insanları bölməyə çalışırlar. Ona görə də sizə deyirəm: Siyahılarınız məni maraqlandırmır!

Sevinirəm ki, bunu etməyə vaxtınız var... Lakin mən aclıqdan ölməkdə olan uşaqlar üçün bez və dərmanların alınmasına daha bir neçə milyon qrivna xərcləyəcəm. Mənimlə birlikdə könüllü olan hər kəsin qarşısında baş əyirəm".

Xatırladaq ki, daha əvvəl müharibəyə qarşı çıxış edən ifaçı Rusiyada "arzuolunmaz məşhurlar" siyahısına düşüb. Daha sonra onun Ukrayna vətəndaşlığından imtina etməsi ilə bağlı iddialar yaransa da o, bunu təkzib edib.

Qeyd edək ki, Ukrayna Ali Radasının Humanitar və İnformasiya Siyasəti Komitəsi prezident Volodimir Zelenskidən bir sıra Rusiya və Ukrayna artistlərinin fəxri adlarından məhrum edilməsini tələb edib. Nikolay Baskov, Vladimir Bortko, Vasili Qerello, Filipp Kirkorov, İqor Krutoy, Karolina Kuek (ləqəbi Ani Lorak), Svetlana Loboda, Taisiya Povaliyin "Ukraynanın Xalq artisti" və "Ukraynanın Əməkdar artisti" fəxri adlarından məhrum edilməsi xahiş olunub.

Milli.Az


Etiketlər:  İnsanları bölməyə çalışırlar siyahılarınız məni maraqlandırmır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR