Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2022 11:24
Fövqəladə Hallar naziri Kamaləddin Heydərovun ölkə xaricində lüks otellərdən birində dincəldiyi, milli bayramımız olan Novruz Bayramını ölkə xaricində qeyd etdiyi bildirilib.
Yayılan məlumatlarla bağlı manset.az Fövqəladə Hallar naziri Kamaləddin Heydərovla əlaqə saxlayıb. O açıqlamasında yayılan məlumatın yalan olduğunu bildirib.
"Xaricdə olmağım barədə yayılanlar cəfəngiyatdır. Mən hazırda Bakıda, işdəyəm. İş başında olan adam necə xaricdə ola bilər? Bu dəqiqə bayram günlərində də işdəyəm."