Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2022 12:02
Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlves iki ukraynalı qaçqının ölkəyə gəlməsinə kömək edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, həmin qaçqınları öz evində yerləşdirib.
Bu barədə İlves tvitter hesabında yazıb:
"Mən Kiyevdən olan iki ukraynalı qaçqını Estoniyaya gətirdim və evimə yerləşdirdim".
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şepps Ukraynadan olan qaçqınların yerləşdirilməsi üçün öz evini təklif etməyə hazır olduğunu bildirmişdi.