Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2022 23:32
Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda 1000-dək yaşayış binası dağıdılıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov bildirib.
O, qeyd edib ki, Rusiya qoşunlarının atəşi nəticəsində şəhərdə ümumilikdə 1 143 bina dağıdılıb ki bunlardan 998-i yaşayış binasıdır.
Qeyd edək ki, Xarkov Rusiya ilə sərhəddən 30 kilometr məsafədə yerləşdir. Ukrayna silahlı qüvvələri şəhərin müdafiəsini davam etdirir.