Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Solyari nədir? Solyarinin faydaları və zərələri

Solyari nədir? Solyarinin faydaları və zərələri

Tarix: 24 Mart 2022 07:33

Solyari gözəllik salonlarında dərinin süni surətdə qaraldılmasıdır. Solyarini təbii üsulla dəniz kənarında günəş şüaları qəbul edərək almaq olur. Orqanizm üçün ən faydalısı bu cür solyari qəbul etməkdir.
Dəniz kənarında dərilərini tündlşdirə bilməyənlər isə xüsusi aparatlar vasitəsilə məqsədlərinə nail olurlar. Bu isə ultrabənövşəyi süalar vasitəsilə həyata keçirilir. Bəzi mütəxəssislər solyarinin orqanizm üçün faydalı olduğunu söyləsələr də, onkoloqlar normadan artıq ultrabənövşəyi şüalanmanın insan dərisinə zərərli olduğunu qeyd edirlər. Onkoloqlar bu şüalanmanın dəri xərçənginə səbəb ola biləcəyini qeyd edirlər. Dərinin rənginin tündləşməsi gözəl görünsə də mütəxəssislər insanları bu barədə ehtiyatlı olmağa çağırırlar.
Gün şüaları ilə qaralmış dəri məşhur Koko Şanel tərəfindən ilk dəfə performans edilmişdir. Onun dərisinin qaralması və gözəl olmasını biz də inkar etmirik. Bu sadəcə olaraq görüntüdür. Müayinələr zamanı isə gözəl görüntünün altında dəri xərçənginə yol aça biləcək səəblərin olduğunu qeyd edən onkoloqlar insanları sağlamlıqlarına diqqət yetirməyə çağırırlar.  
Onlar ultrabənövşəyi şüalanmanın dəri üçün çox təhlükəli olduunu qeyd edirlər. Çünki, bu şüalar, piqmentasiyaya, dərinin vaxztından əvvəl qocalmasına, dərialtı toxumanın zədələnməsinə, vaxtından əvvəl qırışların meydana gəlməsinə səbəb olur. Ultrabənövşəyi şüalanma nəinki, görünüşü gözəlləşdirir, hətta dərinin vaxtından qabaq qırışmasına səbəb olur.
Mütəxəssislər dərisini qaraltmaq istəyən adamlara təbii gün şüası ilə qaralmağı məsləhət bilir. Çünki, normasında qəbul edilən gün şüası orqanizmdə D vitamininin toplanmasına səbəb olur. Onlar süni yolla qaralmaq istəyənləri isə yanlız, dermatokosmetoloların vasitəsilə solyari götürməyi tövsiyə edir. Az miqdarda və nəzarət altında götürülən solyarının dəriyə heç bir zərəri olmur.
İnsan orqanizminin D vitamininə ehtiyacı böyükdür. Dərisinin və gözlərinin rəngi tünd olan insanlar günəş və ya solyari lampasının altında dərisinin rəngi açıq olan insanlarda çox qala bilərlər. Amma, bu prosedurların nə qədər müddətdə olacağını həkimin təyin etməsi daha düzgün sayılır.  
Mütəxəssislər solyari qəbul edərkən seanslar arasında ən azı 2 gün fərq qoymağı məsləhət bilirlər. Qəbul edilən hər seansın isə müddəti 5 dəqiqədən başlayaraq 10-12 dəqiqəyə qədər olmalıdır.

Oxuduqlarınızı bəyəndinizsə dostlarınızla paylaşıb onları da məlumatlandırmağınızı xahiş edirik.


Etiketlər:  Solyari nədir Solyarinin faydaları zərələri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ