Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin ABŞ-a səsləndi: Ü ZR İSTƏYİN!

Çin ABŞ-a səsləndi: Ü ZR İSTƏYİN!

Tarix: 24 Mart 2022 21:50

Çin Amerika Birləşmiş Ştatlarını Yuqoslaviyanın bombalanmasına görə üzr istəməyə çağırıb.

Bunu Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Xua Çunyun deyib.

"ABŞ və NATO 23 il əvvəl Yuqoslaviya da daxil olmaqla digər dövlətlərə vurduğu ziyana görə üzr istəməyincə, heç bir ölkəni mühakimə etmək iqtidarında deyil. NATO-nun Yuqoslaviyaya endirdiyi zərbələr nəticəsində 2000-dən çox dinc sakin həlak olub, minlərlə insan yaralanıb və 200.000-dən çox insan evlərini itirib. ABŞ və NATO eyni zamanda İraq, Suriya və Əfqanıstan xalqlarına vurduqları zərər üçün də üzr istəməlidirlər".

X.Çunyun qeyd edib ki, Çin rəsmiləri Ukrayna məsələsində Qərb ölkələrinin mövqeyini dəfələrlə tənqid ediblər: "Ukrayna hadisələri kontekstində NATO, ABŞ və Qərb mediasını münaqişələrin qurbanları ilə bağlı ikiüzlü mövqedə ittiham etmişik. Lakin münaqişələr zamanı dinc əhali arasında qurbanlardan söhbət gedəndə, İraq, Əfqanıstan, Suriya, Fələstin və Yuqoslaviyada həlak olanlara görə Qərb ölkələri heç bir narahatlıq nümayiş etdirməyiblər".


Etiketlər:  Çin ABŞ səsləndi İSTƏYİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ