Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messidən də baha: “Bavariya” 13 yaşlı futbolçunu transfer edir

Messidən də baha: “Bavariya” 13 yaşlı futbolçunu transfer edir

Tarix: 25 Mart 2022 09:10

Almaniyanın "Bavariya" futbol klubu transfer bazarında "bomba" partlatmağa hazırlaşır. Məlumata görə, Münhen klubu 13 yaşlı Mayk Uizdomla 300 min avroluq müqavilə imzalamaq niyyətindədir.

Sonxeber.net oxu.az-a istinadən əbər verir ki, M.Uizdom Borussiyanın "Mönhenqladbax" komandasının yetirməsidir.

Qeyd edək ki, baş tutacağı halda bu razılaşma bu yaşda futbolçular arasında ən bahalı təkliflərdən biri ola bilər. Məsələn, İspaniyanın "Barselona" klubu argentinalı hücumçusu Lionel Messi 13 yaşında olarkən ona illik 120 min avro ödənişli müqavilə təklif etmiş və 2001-ci ilin martında razılaşma (ildə 100 milyon peset) imzalanmışdı.


Etiketlər:  Messidən baha Bavariya yaşlı futbolçunu transfer edir


RƏYLƏR