Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2022 12:54
Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Malinovka kəndini Rusiya hərbçilərindən azad edib.
Sonxeber.net report-a istinadən bildirir ki, bu barədə Malinov icmasının rəhbəri Vladimir Şiş xəbər verib.
O, qeyd edib ki, Rusiya hərbçiləri bu günə qədər Malinovkada olsa da, Ukrayna Silahlı Qüvvələri kəndi azad edib.
"İcmanı təşkil edən beş böyük kənddən üçü tamamilə düşmən qoşunları tərəfindən işğal edilmişdi - Lyubimovka, Novozlatopol və bu günə qədər Malinovka. Hazırda qoşunlarımız təmizlik işləri aparır, ona görə ki, Malinovka azad edilib", - Şiş deyib.
Qeyd edilir ki, icmada da vəziyyət gərgindir, çünki Rusiya hərbçiləri hər yerdə postlar qurub, kəndlərə heç kəsi buraxmırlar. Nəticədə - ərzaq, su, dərman və çörək təchizatı ilə bağlı humanitar problemləri yaranır.
Eyni zamanda dünən Ukrayna ordusunun ölkənin şərqində Rusiyanın 130 hərbçisini zərərsizləşdirdiyi, və bir neçə hərbi texnikasını sıradan çıxarıdığı bildirilir.