Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2019 17:24
“Xiaomi” şirkəti dünyada gücü 30 vattadək olan ən sürətli simsiz enerji doldurma texnologiyasını təqdim edib. İstehsalçı əmin edir ki, “Mi Charge Turbo” texnologiyası ilə smartfonlar 27 vattlıq kabellə müqayisədə daha sürətli enerji toplayır. Məsələn, 4000 milliamper/saat tutumlu akkumulyatoru 25 dəqiqə ərzində 50%-dək, 69 dəqiqə ərzində isə 100%-dək enerji ilə doldurmaq mümkündür.
“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, bundan başqa, “Mi Charge Turbo” texnologiyası sürətli reversiv simsiz enerji doldurma texnologiyasını dəstəkləyir: “ağıllı” saat, qulaqlıq, məsələn, ikinci nəsil “AirPods”u və hətta başqa smartfonları enerji ilə doldurmağa imkan verir.
“Mi Charge Turbo” texnologiyası ilə təchiz ediləcək ilk smartfon “Xiaomi Mi 9 Pro 5G” olacaq. Bu haqda “Facebook”da şirkətin vitse-prezidenti yazıb.
Emil Hüseynov