Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniya Rusiyadan neft idxalını iki dəfə azaltmağı planlaşdırır

Almaniya Rusiyadan neft idxalını iki dəfə azaltmağı planlaşdırır

Tarix: 25 Mart 2022 17:54

Almaniya hökuməti 2022-ci ilin ortalarına qədər Rusiyadan neft idxalını iki dəfə azaltmaq niyyətindədir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə cümə günü "Der Spiegel" nəşri məlumat yayıb.

"Almaniya Rusiyadan enerji asılılığını sürətlə azaldır və enerji təchizatını daha geniş əsasda nəzərdən keçirir", - Almaniya vitse-kansleri, iqtisadiyyat və iqlim müdafiəsi naziri Robert Habekin imzaladığı sənəddə deyilir.

O qeyd edib ki, son həftələrdə Rusiyadan neft tədarükü əhəmiyyətli dərəcədə azalıb. "Müqavilələrdəki dəyişikliklərlə əlaqədar olaraq, artıq indi yaxın gələcəkdə Rusiya neftindən asılılığın 25%-ə qədər azalacağı gözlənilir", - mətndə vurğulanır. O cümlədən bu dəyişikliklərin yaxın həftə və aylarda qüvvəyə minəcəyi bildirilir.

"İlin ortasına qədər Almaniyanın Rusiyadan neft idxalı, yəqin ki, iki dəfə azalacaq. İlin sonuna qədər biz praktiki olaraq asılılığı aradan götürməyi hədəfləyirik", - sənəddə deyilir.

Milli.Az


Etiketlər:  Almaniya Rusiyadan neft idxalını iki dəfə azaltmağı planlaşdırır


RƏYLƏR